Belə ki, 1994-cü il tarixli kənd sakini Zəhra Əsgər qızı Əzizova atasının evində keçmiş əri tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Z.Əzizovaya çənəaltı, sol bazu və sağ əlin bilək nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozları qoyulub. Çoxlu qan itirən yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Əldə etdiyimiz məlumata görə, onlar boşansalar da, tərəflər arasında mübahisə davam edirmiş.