Azərbaycanda dəhşətli hadisə - Bir ailənin 5 üzvü xəsarət aldı
Bakı-Qazax avtomagistralında 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.
Lunar.az APA-ya istinadən bildirir ki, hadisə yolun 271-ci kilometrliyində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan "Hunday Sonata" markalı avtomobil yolun kənarına aşıb. Nəticədə bir ailənin beş üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. [banner_xeberici] {banner_xeberici} [/banner_xeberici] Yaralılardan durumu daha ciddi olan üç nəfər - 1963-cü il təvəllüdlü İmanova Təranə Tofiq qızı, 1951-ci il təvəllüdlü İmanov Səxavət Əliş oğlu və 1983-cü il təvəllüdlü İmanov Elməddin Səxavət oğlu Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.