Azərbaycanın Ermənistana qaytardığı hərbçilər Yerevana çatdı
Azərbaycanın humanistlik göstərərək Ermənistana qaytardığı 3 erməni hərbçini daşıyan təyyarə Yerevanın “Erebuni” hava limanına enib.
Lunar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb.
Qeyd edək ki, erməni hərbçilər Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun müşayiəti ilə Yerevana çatdırılıblar.
Əlavə edək ki, istintaq prosesi çərçivəsində Ermənistan vətəndaşları olan bu şəxslərin Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olması təsbit edilsə də, onların əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyib.
Xatırladaq ki, Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən humanizm prinsipləri ilə cavab verilmir.