Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Günel Həsənlinin videolarını yayan şəxs müəyyən edildi - Rəsmi

Günel Həsənlinin videolarını yayan şəxs müəyyən edildi - Rəsmi

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sosial şəbəkələrdə yayılan intim görüntüləri ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Lunar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir: "Videoları yayan şəxs müəyyən olunub. Hazırda istintaq getdiyi üçün əlavə məlumat verilmir.
[banner_xeberici]
{banner_xeberici}
[/banner_xeberici]
İstintaq başa çatandan sonra nəticələr haqda məlumat veriləcək".

Qeyd edək ki, G.Həsənli özünü Mahir Allahverdiyev kimi təqdim edən şəxsin onu aldadaraq hisslərindən istifadə edərək videoya çəkdiyini bildirib.









Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ