Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Toy maşınlarından imtina başladı

Toy maşınlarından imtina başladı

Toy maşınlarından imtina başladı


Azərbaycanda bir çox sahələrdə olduğu kimi toylar üçün bir günlük və eyni zamanda gəlin maşını kimi icarəyə götürülən kirayə avtomobil bazarında da durğunluq müşahidə edilir. ANS PRESS-in məlumatına görə, artıq şəhərdə “rent a car”ların icarəyə verdiyi avtomobillərə və gəlin maşını kimi istifadə üçün nəzərdə tutulan maşınlara maraq həddən artıq azalıb. Bunu həm şəhər sakinləri, həm də icarədarlar təsdiq edirlər.

Paytaxtın avtomobil icarəyə verən salonlarından birinin əməkdaşı İlham Məcidov deyir ki, toylarda istifadə üçün icarəyə verdikləri maşınlara olan maraq əvvəlki aylarla müqayisədə çox aşağı enib: “Əvvəllər toylara getmək üçün bir günlük icarəyə verilən maşınlara maraq daha çox idi. Bundan daha çox evlənən cütlüklərin dostları, yaxınları istifadə edirdi. Ancaq hazırda belə vətəndaşların sayı həddən artıq azdır. Əvvəllər ay ərzində tək toylar üçün 50-70 maşını icarəyə verirdik. İndi bu rəqəm 30-35 arasında dəyişir”.


Maşınların icarə qiymətləri
İcarədar onu da bildirdi ki, hazırkı dövrdə maşın kirayəyə götürənlər daha ucuz avtomobillərə üstünlük verirlər. “Əvvəl gənclər toylar üçün daha bahalı maşınlara üstünlük verirdilər. Həmin maşınların qiymətləri isə gündəlik daha çox 130-200 manat arasında dəyişir. Hazırda isə icarəyə götürülən maşınların qiymətləri 50-80 manat arasındadır”.

"Sürücü sərxoş olduğu, işıqforun qırmızı işığında keçdiyi və qoşa xəttin tələbəni pozaraq qəza törətdiyi bütün hallarda dəyən zərərin hamısını özü ödəyir. Sığorta şirkəti həmin hallarda məsuliyyət daşımır".
Maraqlıdır ki, bu maşınlar bir günlük icarəyə verilmir, müddət 2 gündən başlayır. "Bizim şirkətdə maşın kirayəyə götürməzdən əvvəl 300 manat depozit qoymaq lazımdır. Müştərilərdən isə şəxsiyyət və sürücülük vəsiqəsinin nüsxəsi tələb olunur. Vətəndaş maşını geri qaytardıqda avtomobili istifadə etdiyi müddətin pulunu ödəyir və qoyduğu 300 manat depoziti geri alır. Maşın geri alınarkən şirkət tərəfindən maşının istifadə edildiyi müddətdə hansısa cəriməsinin olub-olmaması aydınlaşdırılır və cərimə olduğu təqdirdə müştəriyə ödətdirilir”.


Ancaq qəza baş verdiyi təqdirdə vəziyyət bir az fərqlidir. Əgər müştəri maşını icarəyə götürdüyü müddətdə qəza baş verərsə, avtomobilə dəyən ziyan 300 manata qədər olduğu təqdirdə vətəndaş tərəfindən, 300-dən 5000 manata qədər olduğu təqdirdə sığorta, 5000 manatdan yuxarı olduğu təqdirdə yenə də müştəri tərəfindən ödənilir.


İcarəyə verilən avtomobil
Araşdırma zamanı məlum oldu ki, bazarda bu maşınlara tələb azalsa da heç bir salonda qiymətləri aşağı salınmayıb.

Maşın icarəyə verən bəzi şirkətlər isə müştərilərin sayının azalmasına baxmayaraq icarə qiymətlərinin qaldırıldığını deyirlər. Belə şirkətlərdən birinin məsul əməkdaşı Orxan Səmədzadə deyir ki, qiymətlərin bahalaşmasının səbəbi avtomobil ehtiyat hissələrinin qiymətlərinin yüksəlməsi ilə əlaqədardır: “Maşının 5000 kilometrdən bir yağı dəyişdirilməlidir. Əvvəllər yağ 53 manata satılırdısa, hazırda 65 manatdır. Digər detallarda da vəziyyət eynidir. Ona görə də qiymətlər qaldırılıb. Ancaq artım daha çox icarə qiyməti 100 manat qədər olan maşınlara aiddir”.

Şirkətdən xidmətin bu növünə görə 18 % vergi ödədiklərini də bildirdilər.

Bazardakı rəqəmləri göstərən müqayisəli cədvəl
Gəlin maşınlarının icarə bazarındakı vəziyyət gündəlik maşın icarəsində müşahidə edilən vəziyyətlə, demək olar ki, eynilik təşkil edir. Burada da qiymətlərdə heç bir azalma müşahidə edilmir. Bununla yanaşı əhalinin bu sahəyə olan marağı da azalıb. Gəlin maşınlarının icarədarı Ramin adlı şəxs deyir ki, son vaxtlar insanlar bəy və gəlini daha çox qohum, yaxud tanışlarının maşınlarını bəzəyərək apardıqları üçün onların bazarı da xeyli zəifləyib: “Burada insanların maddi imkanlarının aşağı düşməsinin də rolu var. Ancaq bununla yanaşı maşın bəzəklərinin ayrılıqda icarəyə verilməsi də bu sahənin zəifləməsinə gətirib çıxarıb. Əvvəllər ay ərzində bəzi hallarda 50 maşın icarəyə verirdik. Ancaq hazırda bu rəqəm ay ərzində 25-i keçmir. Biz də alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün daha az qazanırıq və buna görə də qiymətləri aşağı sala bilmirik”.

Hazırda qiymətlər gəlin maşınlarının modelindən asılı olaraq 150-300 manat arasında dəyişir. Ancaq bu rəqəm yalnız bəylə gəlini restorana aparmağa aiddir. Toyun sonunda onları yenidən icarəyə götürülən maşınla evə gətirmək istəyən şəxslər əlavə olaraq 50 manatlarından da keçməlidirlər.


İcarəyə verilən gəlin maşını
Bakıdakı maşın icarə qiymətlərini başqa ölkələrdəki qiymətlərlə müqayisə etdiyimiz zaman ölkəmizdəki qiymətlərin digər ölkələrdəki qiymətlərdən kifayət qədər baha olduğunu görmək mümkündür. Məsələn, Bakıda gündəlik icarəsi 50-60 manat arasında dəyişən avtomobilin Moskvada 1 günlük icarə qiyməti 1050 rubl (təxminən 23 manat), 50-70 manat arasında dəyişən maşının qiyməti isə Moskvada 970 rubldur (21 manat).

Moskvada avtomobillərin gündəlik icarə qiymətləri
İcarəyə verilən avtomobillərin qiymətlərinin yüksək olması bazarda da bu maşınlara tələbatın azalmasına gətirib çıxarır. Gündəlik maşın icarədarları müştəri cəlb etmək üçün qiymətləri aşağı salmaqla bu sahəyə olan marağı nisbətən bərpa edə bilərlər. Gəlin maşınlarını icarəyə verən şirkətlər də daha çox qazanc əldə etmək əvəzinə müştərilərinin tələbatını ödəmək üçün qiymətlərdə güzəşt edə bilərlər. Çünki ölkədə “rent a car”ların alternativi olmasa da gəlin maşınlarının alternativi var. Bəzi gül salonları 30-50 manata maşınları bəzəmək üçün aksessuarları icarəyə verirlər ki, sakinlər əlavə xərc çəkməmək üçün bu bazara daha çox yönəlirlər. Bu isə gəlin maşınları icarə verənlərin müştərisinin azalması ilə nəticələnir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ