Bakıda qonşusunun azyaşlı qızıyla "07"də cinsi əlaqədə oldu - Təfərrüat
Lerik rayon sakini, 1994-cü il təvəllüdlü Namik yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda günahlandırılıb.
Lunar.az bildirir ki, teleqraf.com-un xəbərinə görə, Namik 2003-cü il təvəllüdlü Səidənin (ad şərti verilib-red.) öz razılığı ilə Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşadığı evin həyətində özünə məxsus "VAZ-2107" markalı avtomobilin arxa oturacağında, bundan başqa, həmin ünvanda Səidənin yaşadığı evin zirzəmisində onunla mütəmadi təbii yolla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Namikin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
"Şəkillərini öz telefonuma köçürdüm"
Təqsirləndirilən şəxs qismində ifadə verən Namik elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, qonşuluqda yaşayan Səidə 2018-ci ilin aprelində özünə məxsus mobil telefonun internet şəbəkəsi işləmədiyinə görə təmir etmək məqsədi ilə ona verib:
"Həmin telefonun internet şəbəkəsini təmir edə bilmədiyim üçün Səidəyə qaytardım. Telefonun təmiri ilə məşğul olan zaman Səidəyə məxsus şəxsi "Whatsapp" profil şəkillərini blutuz vasitəsi ilə öz telefonuma köçürdüm. Səhəri gün Səidə məndən niyə onun şəkillərini telefonuma köçürdüyümü soruşdu. Səidəyə ondan xoşum gəldiyini dedim.
Soruşdum ki, həmin şəkilləri silim, yoxsa saxlayım. Səidə mənə "özün bilərsən", - deyib getdi. Həmin vaxtdan etibarən Səidə ilə mobil telefon vasitəsilə əlaqə saxlayataq söhbət etdim".
"Avtomobildə cinsi əlaqədə olduq"
Namikin sözlərinə görə, 2019-cu ilin əvvəllərində Səidə onun tanımadığı şəxslə nişanlanıb: "Bundan sonra Səidədən valideynləri mobil telefonunu aldılar, mənim onunla əlaqəm kəsildi. 2019-cu ilin axırlarında Səidənin nişanı qaytarıldı. Səidə ilə bir-birimizi sevdiyimizdən ilk dəfə 2018-ci ilin avqustun əvvəllərində razılaşdıq ki, gecə saat 1 radələrində Səidə yaşadığım evin həyətinə gəlsin və görüşək.
Səidəni gecə yaşadığım evin qarşısında qarşıladım, həyətə apardım. Biz həyətdə olan mənə məxsus "VAZ-2107" markalı avtomobilin arxa oturacağına əyləşdik. Səidənin öz razılığı ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olduq. Həmin vaxt Səidənin bakirəliyi pozulmadı. Bundan təxminən 10 gün sonra Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən Səidəgilin evinin zirzəmisində onun öz razılığı ilə yenə də təbii yolla cinsi əlaqədə olduq. Səidənin qızlıq pərdəsinin tamlığı pozuldu".
"Zirədə istixanada işləyirdi..."
Namik ifadəsində göstərib ki, bundan sonra onlar müxtəlif vaxtlarda 2019-cu ilin dekabr aynın sonlarınadək 7-10 gündən bir yaşadığı evin həyətində avtomobildə və Səidənin yaşadığı evin zirzəmisində təbii yolla cinsi əlaqədə olublar:
"Son zamanlar marşrut avtobusu idarə edirdim. Səidə ilə söhbət zamanı onun nişanının qayıtmasını bildim. Səidə 2020-ci ilin fevral ayının ortalarında bildirdi ki, bu yaxınlarda başqa bir şəxslə nişanı olacaq. Həmçinin Səidənin anası ilə Zirə qəsəbəsində istixanada işlədiyini də bilirdim".
"Ona axaşam fikrimin qəti olduğunu bildirdim"
Namikin sözlərinə görə, 2020-ci ildə Səidənin yaxın vaxtlarda nişanlanacağını bildiyi üçün onu evlənmək məqsədi ilə qaçırmaq fikrinə gəlib: "Həmin gün axşam saat 21.30-da Səidəgilin yaşadığı evin şifer hasarına tərəf getdim. Səidə evin həyətinə çıxdı. Ona yaxınlaşdım, mənimlə evlənmək məqsədi ilə qaçmağı təklif etdim.
Səidə məndən ciddi olub-olmadığımı soruşdu. Ona fikrimin qəti olduğunu və onu evlənmək məqsədi ilə qaçıracağımı bildirdim".
"Bizi polis bölməsinə apardılar"
Namikin sözlərinə görə, Səidə razı olduğu üçün onu özünə məxsus "VAZ-2107" markalı maşına əyləşdirib və qardaşı Orxanın evinə aparıb:
"Evin həyət qapısını döydüm. Qardaşım qapıya gəldi. Ona Səidəni evlənmək məqsədi ilə qaçırdığımı bildirdim. Orxan bizi evə dəvət etdi, Səidədən mənimlə könüllü gəlib-gəlmədiyini soruşdu. Səidə mənimlə könüllü olaraq evlənmək məqsədi ilə gəldiyini bildirdi.
Həmin gecə qardaşının evində qaldıq. Lakin Səidə ilə cinsi əlaqədə olmadım. Axşam Səidə özünə məxsus mobil telefonla anasına zəng edərək narahat olmamasını bildirdi. Səhəri gün qardaşım Orxan Səidənin anasını bizim olduğumuz evə gətirdi. Səidə anası ilə görüşdü, özü könüllü olaraq mənimlə gəldiyini bildirdi.
Həmin gün axşam polis əməkdaşları bizim olduğumuz evə gələrək bizi polis bölməsinə apardılar".
"Dini kəbin kəsdirmişik"
Namik ifadəsində göstərib ki, əvvəldən Səidənin 2003-cü il təvəllüdlü oduğunu bilib: "Səidənin 17 yaşına çatmasını gözləmədən belə bir əməl törətdiyim üçün səmimi peşmanam. Lakin el adəti üzrə rəsmi nişan mərasimindən sonra Səidə ilə özümə Binə qəsəbəsində yerləşən "Səda" şadlıq sarayında hər iki tərəfin çoxsaylı qohumlarının iştirakı ilə toy etmişəm.
Toyun videoyazısı və toy mərasimi zamanı çəkilmiş fotoşəkillər məhkəməyə də təqdim olunub.
Səidə ilə qarşılıqlı razılıq və sevgi əsasında faktiki ailə qurub, ər-arvad kimi öz anama məxsus evdə mehriban yaşayırıq. Dini kəbin kəsdirmişik, bunu hər ikimizi valideynləri, qohum-əqrəbamız da bilir.
17 yaşı tamam olmuş Səidə ilə qanunla müəyyən olunmuş yaş həddinə çatanda nikahımızı da rəsmiləşdirəcəyik".
"Bir-birimizi sevdiyimizi heç kimə deyə bilmirdim"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə ifadəsinin əvvəlində Namiklə aralarında olan sevgi münasibətlərindən, həmçinin 2018-2019-cu illərdə dəfələrlə onunla cinsi əlaqədə olmasından danışıb. Qeyd edib ki, Namiklə öz razılığı ilə cinsi əlaqədə olub.
Səidə daha sonra ifadəsində Tərlan adlı oğlanla rastlaşmasından, onunla nişanlanmasının təfərrüatını söyləyib: "2019-cu ilin oktyabrında Tərlanla şəxslə nişanlandım. Tərlan məni Bakı şəhərində bibimgilə gedərkən gördü və məndən xoşu gəldiyi üçün elçilərini bizə göndərdi, el adəti ilə valideynlərimdən məni istədi.
Lakin Tərlanla heç vaxt görüşməmişdim. Valideynlərimin razılığı ilə 2020-ci ildə nişan mərasimimiz oldu. Hətta qərarlaşdırdıq ki, 2021-ci ildə toy mərasimlərimiz olsun. Bunu bilən Namik çox məyus olmuşdu. Çünki Namik mənimlə evlənmək istəyirdi. Mən isə Namiklə bir-birimizi sevdiyimizi heç kimə deyə bilmirdim".
"Dedi ki, hazırlaş, gedirik"
Səidənin sözlərinə görə, 2020-ci ildə anasının işlədiyi yerə ona kömək etmək üçün gedib: "Həmin gün axşam saat 18.15-də yaşadığımız evə qayıtdıq. Axşam saatlarında Namik bizim həyətə şifer hasardan boylanaraq mənə dedi ki, hazırlaş, gedirik. Namikdən hara gedəciyimizi soruşdum. Cavab verdi ki, səni evlənmək məqsədi ilə qaçırıram.
Namiki sevdiyim üçün onunla qaçmağa razılıq verdim. Biz birlikdə Namikin qardaşı Orxana məxsus Binə qəsəbəsi Hövsan Südçülük Sovxozunda yerləşən evə getdik. Gecə orada qaldıq. Lakin Namiklə cinsi əlaqədə olmadım".
Zərərçəkmişin sözlərinə görə, səhəri gün anası oraya gəlib: "Həmin evdə olmağımı anama Namikin qardaşı Orxan demişdi. Axşam anam ora gələrək bizim üçün yemək və paltar gətirdi. Sonra polis əməkdaşları gələrək bizi bölməyə apardılar.
Binə qəsəbəsindəki "Səda" şadlıq sarayında Namiklə el adəti ilə toyumuz olub. Onunla qarşılıqlı razılıq və sevgi əsasında faktiki ailə qurub, ər-arvad kim yaşayıram. Artıq 17 yaşım tamam olub. Qanunla müəyyən edilmiş yaş həddinə çatanda nikahımız rəsmiləşdirəcək. Namik mənim dünyaya gətirəcəyim körpənin atası olduğuna görə ondan şikayətçi deyiləm. Namikin həbsdə olmasını yox, evimdə - mənim və dünyaya gətirəcəyim körpə uşağının yanında olmasını istəyirəm".
Bu cinayət işinə Xəzər rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə baxılıb.
Namikin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 11 ay 28 gün müddətinə şərti cəza təyin edilib.