Türkiyəli dükan sahibi Osman Ay maraqlı addımı ilə medianın diqqətini çəkib. Lunar.az türk mətbuatına istinadən bildirir ki, Kocaelidə yaşayan Osman fasilə etmədən 33 ildir oruc tutur. 53 yaşlı Ay əvvəl 3 ay oruc tutub. Özünü sağlam hiss etdiyini gördükdən sonra isə dayanmadan oruc tutmağa başlayıb.
36 ildir dükan işlədən Türkiyə vətəndaşı bu xüsusiyyətinə görə ətrafdakı insanların böyük marağına səbəb olub. Osman bəzi qonşularının ona dəstək olmaq üçün günlərlə oruc tutduğunu deyib.