Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sosial şəbəkələrdə bizi "cəzalandıranlar":

Sosial şəbəkələrdə bizi "cəzalandıranlar": onları tanıyın

Sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının, onlar barədə konfidensial informasiyaların hakerlər tərəfindən oğurlanaraq paylaşılması və əksər hallarda satılması əfsuslar olsun ki, az qala adi hala çevrilməkdədir.


Bu olaylara daha çox Facebook istifadəçilərinin üzləşdikləri problemlərdir.

Sosial medianın bütün sektorlarında və platformalarında olduğu kimi, Facebook-da da üzvlər, yəni istifadəçilər təhlükəsizliklərinin, xüsusilə də yazışmalarının, geolokasiya koordinatlarının, audio və video kontentlərinin heç bir halda təmin olunmadığının fərqinə varırlar.

Facebook-da rəhbərliyinin və müvafiq texniki servislərinin "çox ciddi qorunan" kimi təqdim etdikləri fərdi məlumatların sürəkli olaraq oğurlanaraq yayılması mövcud təhdidləri yenə gündəmə gətirib.

Azərbaycanda isə vəziyyət bir qədər də çətindir.

Facebook-un Azərbaycan seqmentinin istifadəçiləri arasında profilləri və səhifələri bloklanan, yaxud ciddi məhdudiyyətlərlə qarşılanan, günlərlə və həftələrlə müxtəlif formalarda təcridlərə məruz qalanların sayı artır.

Azərbaycandan olan 100 mindən artıq Facebook istifadəçisinin ad və soyadlarının, mobil telefoon nömrələrinin, elektron poçt ünvanlarının və qeyri konfidensial, fərdi məlumataların virtual məkandakı müxtəlif səhifələrdə paylaşılması probelmlərdən sadəcə, biridir.

Ötən ilin sentyabrın 27-də başlayan və noyabrın 9-da Ermənistanın tam kapitulyasiyası ilə başa çatan Vətən Müharibəsi zamanı Facebook istifadçilərimizin üzləşdikləri haqsızlıqlar daha da artdı, total miqyas aldı.

Ermənistan və ermənilər barədə ən kiçik formada "xoşagəlməz" ifadələr, yəni reallığı yazan, ələlxüsus da rus və ingilis dilində statuslar paylaşan Facebook istifadəçilərimiz müxtəlif "cəza"larla üzləşdilər.

Savaş günlərində ön cəbhədə çəkilmiş qısa videoları paylaşanlar isə Facebook-un müvaviq texniki departamentləri tərəfindən "müəllif hüquqlarıın pozmaq"da, "Facebook istifadəçilərinin razılaşdıqları qaydalara əməl etməmək"də, "dini, irqi, etnik və s. zəmində nifrət təbliğ etməkdə, dözülməzlik aşılamaq"da və s. suçlandılar.

Minlərlə, on minlərlə azərbaycanlının profilləri ya məhdudiyyətlərə məruz qaldı, ya bloklandı, ya da onlara "son xəbərlarlıq" olundu. Əksər hallarda yazılmış statuslar və ya paylaşılmış videolar digər istifadəçilər tərəfindən görünməsi əngəlləndi.

İş o yerə çatdı ki, Azərbaycanın yüksək çinli dövlət məmurlarının, məşhur ictimai-siyasi xadimləinin, nüfuzlu şəxslərin sosial media hesabları bloklandı, bağlandı.



Onları əksəriyyəti müvafiq sorğulardan və yazışmalardan sonra açıldı, amma məhdudiyyət şərtləri və "davranış tələbləri" daha da sərtləşdi.

Belə absurd situasiyanın yaranması təbii ki, bizi maraqlandırdı və qısa araşdırma apardıq.

Bəlli oldu ki, sosial servislər və şəbəkələr arasında Azərbaycanla bağlı ən absurd, paradoksal, məntiqsiz və irrasional "cəza"lar tətbiq edənlər arasında Facebook, Twitter, İnstagram və Reddit ilk yerləri tuturlar.

Reddit-in banisi və sahibi Aleksis Ohanyan daşnak ideologiyasına mənsub olduğunu heç zaman gizlətməyib. O, İkinci Qarabağ Müharibəsi günlərində Ermənistana və qarabağlı ermənilərə "yardımlar" üçün "Hayastan" Ümumerməni Fonduna 1,1 milyon dollar bağışlamışdı.

Digər servislərdə isə Azərbaycanın daxil olduğu bölgəyə məsul regional xidmətlərlə ofislərə isə ya ermənilər rəhbərlik edir, ya da "senzura və redaktə" ilə onlar məşğul olurlar.

İnstagram-da azərbaycanlıların Vətən Müharibəsində paylaşımlarını "nəzarət"ə alanlara Stiven Aloyan, Twitterdə Ceremi Tatulyan rəhbərlik edirsə, Facebook-da bu funksiyanı sözügedən sosial şəbəkənin Yaxın Şərq, Ön Asiya və Şimali Afrika üzrəi regional ofisinin artıq sabiq rəhbəri Şant Oknayan reallaşdırırdı.

Ş.Oknayan indi TikTok videopaylaşım platformasının daxil olduğu "ByteDance" korporasiyasında çalışır. O, "ByteDance"ın MENAT (Middle East & North Africa), yəni Yaxın Şərq, Şimali Afrika və Türkiyə üzrə baş meneceridir.

Facebook-da çalışarkən təxminən 62 min azərbaycanlının hesabının məhdudlaşdırılması və ya tam bloklanması prosesinə birbaşa rəhbərlik etmiş Ş.Oknayan indi TikTok-da eyni taktikanı tətbiq edir.

Bəhs etdiyimiz digər servisilərdə olduğu kimi, Facebook-da və TikTok-da Azərbaycan vətəndaşları akkauntlarını, profillərini və hesablarını rəsmiləşdirmək, yəni "verification badge" etmək istəsələr, ciddi maneələr, süründürməçilik və əngəllərlə qarşılaşırlar. Belə fikirdə olan şəxs siyasi və ya hərbi mövzuda yazan bloqer, dövlət xadimi və ya ictimai fiqurdursa, onun "verification badge"ə nail olaraq "mavi düymə" almaq şansı çox azdır.

Bir sıra dövlət xadimlərimiz və nüfuz şəxslərimiz üçün doğrulama ilə bağlı müraciətlər olsa da, həmən sosial media platformaları bu müraciətləri gözardı edirlər.

Əksinə, potensial namizəd adi şou-biznes mənsubudursa, işi asandır, çünki bu sahədə çalışanlar sosial şəbəkə menecerləri tərəfindən siyasi baxımdan "zərərsiz" qəbul olunur.

Həmin individ Azərbaycan hakimiyyətini daim "tənqid" edən radikal müxalifətçi, qlobalizm ideyalarını təbliğ edən, yaxud xaricdə məskunlaşaraq Azərbaycanı hədəfə alan "bloqer"dirsə, "mavi düymə"nin verilməsi prosesi ifrat dərəcədə asanlaşdırılır.

Ermənsitana gəldikdə isə, qonşu ölkədəki ictimai-siyasi fiqurların tam əksəriyyətinin Facebook hesabları və səhifələri asanlıqla rəsmiləşdirilib.



Absurd o həddə çatıb ki, Qarabağdakı terrorçu xuntanın rəhbəri Araik Harutyunyanın Facebook hesabı belə, "mavi düymə"yə layiq görülərək "dövlət rəsmisinin rəsmi profil" kimi təqdim olunur.

Terrorçu xuntanın rəhbərinin Facebook hesabına verilmiş "verification badge"in ləğv edilməsi ilə bağlı Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə rəğmən, Facebook-un regional texniki ofisi qərarını dəyişmək niyyətində deyil.

Eyni vəziyyət TikTok və YouTube-da da müşahidə olunur: bu servislərdə də Azərbaycan vətəndaşlarına tətbiq olunan yasaqlar, məhdudiyyətlər və tələblər sərtləşdirilib.

Facebook, TikTok, İnstagram, Twitter, YouTube və s. sosial media platformalarından istifadə edərkən diqqətli olaq. Düşmənin təxribatları və aşkar hücumları ilə üzləşəcəyimizi əsla unutmayaq.



Milli.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ