Avstriya, Lüksemburq, Estoniya, Litva və Latviyanın ardınca Danimarka da “AstraZeneca” peyvəndinin istifadəsini dayandırıb. Lunar.az panoram.az-a istinadla xəbər verir ki, rəsmi dairələr qərarı peyvənin ciddi yan təsirləri olması ilə əlaqələndirib. Məlumata görə, koronavirus əleyhinə peyvənd qəbul edənlərin qanında laxtalanma olub.
[banner_xeberici]
{banner_xeberici}
[/banner_xeberici]
Danimarka Səhiyyə Nazirliyinin məlumatına görə, məsələ barədə araşdırma başa çatandan sonra “AstraZeneca” peyvəndinin istifadəsinə dair yekun qərar veriləcək.