Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qax ərazisində güclü yanğın başlayıb

Qax ərazisində güclü yanğın başlayıb - FOTO

Qax rayonunda yanğın başlayıb.

“Report” xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qaxın ərazisindən keçən hissəsindəki kolluq ərazilərdə baş verib. Hadisə ilə əlaqədar avtomobillərin hərəkətində çətinlik yaranıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.



Yanğının baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

[banner_xeberici]
{banner_xeberici}
[/banner_xeberici]
















Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ