Azərbaycanda dönərxanada ZƏHƏRLƏNMƏ: 17 yaşlı gənc ÖLDÜ
Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" ərazisində yerləşən dönərxanada qeydə alınıb. [banner_xeberici] {banner_xeberici} [/banner_xeberici] Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.