Martın 5-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Martın 5-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz
Martın 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Tibbi-meteoroloji proqnoz
Martın 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.