Səfərbərliyin elan edilməsiylə bağlı yayılan xəbərlərə - Rəsmi reaksiya
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti son günlər hərbi qulluqçuların yenidən səfərbər ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Lunar.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata əsasən, hərbi vəzifəlilərin təlim və səfərbərlik üzrə çağırılması Azərbaycan Prezidentinin müvafiq Sərəncamı olduqdan sonra mümkündür. Hazırda bununla bağlı Sərəncam olmadığı üçün hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təlim və səfərbərlik üzrə çağırılması mümkün deyil və bununla bağlı hansısa göstəriş verilməyib.