Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gələn həftədən karantin rejimi yenidən sərtləşdirilir?

Gələn həftədən karantin rejimi yenidən sərtləşdirilir? - AÇIQLAMA

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı yüksələrək 200-ü keçib. Belə ki, fevralın 23-də koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Bu gün yoluxanların sayında artım davam edərsə, martın ilk həftəsindən başlayaraq karatin rejimində sərtləşmələrin olması ilə bağlı iddialar səsləndirlir. Azərbaycanda karantin rejimi yenidən sərtləşə bilər?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, əvvəlki dövrlə müqayisədə son aylar yoluxanların sayında xeyli azalma müşahidə olunurdu. Hətta gündəlik yoluxanların sayı 100-dən aşağı düşmüşdü. Amma bu gün yoluxanların sayı 227-yə yüksəlib.

Artım olsa da, o qədər də kritik rəqəm deyil. Pandemiya ilə bağlı vəziyyət hələlik nəzarət altındadır. Bilirsiniz ki, mövcud vəziyyətə uyğun olaraq yanvarın 18-i və fevralın 1-də Operativ Qərargah yumşalmalara getdi. Məktəblərdə əyani tədris bərpa olundu. Bu gün də əyani tədris davam etməkdədir. İnsanlarımız rəqəmlərə arxayın olub, qaydalara əməl etməsələr, vaksinasiya olunmasalar yenidən yoluxanların sayında artım ola bilər. Bu da əlbəttə yenidən karantin rejimində sərtləşməyə gətirib çıxara bilər.Amma mən yenidən karantin rejiminin sərtləşməsini gözləmirəm. Çünki vaksinasiya uğurla davam etdirilir. Artıq 50 yaşdan yuxarı vətəndaşların vaksinnasiyasına başlanılıb. Amma vaksinasiya pandemiyanın bitməsi demək deyil".

Deputat qeyd edib ki, elə ölkələr var ki, vaksinasiyadan faydalana bilmirlər: "Bu da pandemiyanın davam etməsinə gətirib çıxara bilər. Azərbaycanda insanlarımız öz istəkləri ilə vaksinasiya olunurlar. İnsanlar bəzən vaksinlə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirirlər. Ona görə bununla bağlı təbliğat və maarifləndirmə işlərini genişləndirməliyik. İnsanlarımız bilməlidir ki, vaksin bu pandemiyanın bitməsi üçün vacibdir.Əlbəttə vaksin vurulsa belə, yenə 3 qızıl şərtə əməl etməliyik.Maskadan istifadə, gigiyenik qaydalara əməl etmək və sosial məsafənin qorunması bizim həyat tərzimiz olmalıdır.

Hesab edirəm ki, insanlarımız bu 3 qızıl qaydaya əməl etsə və vaksinasiya olunanlarsa gələcəkdə növbəti yumşalmalar ola bilər. Amma Operativ Qərargahın tövsiyələrinə əməl olunmasa yenidən sərtləşmə ola bilər. Çünki koronavirusun yeni növü yayılır. Hələlik bu növ Azərbaycanda yayılmayıb. Ona görə də biz ehtiyatı əldən verməməliyik".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ