Rusiya paytaxtında dəhşətli cinayət hadisəsi baş verib.
Ölkə mediasının yaydığı xəbərlərə görə, ana üç yaşlı oğlunu və 11 yaşlı qızını boğaraq öldürüb. Daha sonra isə 36 yaşlı qadın özünə qəsd edib, lakin onun bu cəhdi uğursuz alınıb.
Hadisə paytaxtın şimal-şərqində Yasnı məhəlləsindəki bir binada baş verib.
Cinayətkar ana boynunda kəsik yaraları ilə xəstəxanaya aparılıb. Mənzildə 2017 və 2009-cu il təvəllüdlü bacı və qardaşın cəsədləri tapılıb.