Bir ay sonra Azərbaycanda COVİD-in üçüncü dalğası başlayacaq - ŞOK İDDİA
"Fevralın 15-dən etibarən başqa siniflərin də əyani təhsilə başlaması uşaqların evdə oturmağından yaranan problemlərin həllinə çox kömək edəcək".
Bunu Milli.Az-a açıqlamasında psixiatr Fuad Bəşirov deyib.O bildirib ki, əgər vaksinləşmə prosesi sürətlənərsə koronavirusun üçüncü dalğası ölkəmizdə nisbətən yüngül keçər:
"Yumşalmalardan sonra dərslərin açılması, insanların işə gedib gəlməyi həm maddi qazancları baxımından, həm sosial aktivliyin yaranmağı baxımından çox yaxşı təsir edəcək. Amma təbii ki, bir tərəfdən də COVİD-in üçüncü dalğasının Avropada başlamasına əsasən deyə bilərəm ki, təxminən bir ay, ay yarım sonra o dalğaları biz də öz ölkəmizdə yaşayacağıq. Dolayısı ilə üçüncü dalğaya da hazırlıqlı olmağımız lazımdır. [banner_xeberici] {banner_xeberici} [/banner_xeberici]
Qaydaların ortadan qalxmağı, insanların əvvəlki həyat şəraitinə qayıtmağı psixi problemlərin yaranma ehtimalını azaltmış olacaq. Nə qədər ki, sosial olacağıq, nə qədər ki, daha rahat istədiyimiz yerə gedib gələ biləcəyik, o qədər də təşvişimiz, həyəcanımız daha az olmuş olacaq. Bunlar insanların əhval-ruhiyyəsinə yaxşı təsir edən qərarlardır. Amma bu gerçəyi də yaddan çıxartmamaq lazımdır ki, hazırda Avropada üçüncü dalğa tüğyan edir. Böyük ehtimalla bizdə də o problem yaranacaq.
Əgər vaksinləşmə prosesi sürətlənərsə, insanlar qorxmadan bu prosesdə iştirak edərlərsə, təbii ki, bizdə gedişat daha yaxşı olar deyə ümid edirəm". Lunar.az