Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yaqub Məmmədov: “Koronavirus məsələsində böyük biznes maraqları da var”

Yaqub Məmmədov: “Koronavirus məsələsində böyük biznes maraqları da var”

“Dünyada koronavirusla bağlı vəziyyətin bundan sonra necə olacağını demək çətindir. Mən bu sahənin mütəxəssisi deyiləm, amma fikrimcə, vaksinləşmə başa çatana qədər koronavirus davam edəcək. Burada böyük maraqlar da var. Vaksinasiya elə-belə məsələ deyil, o qədər vaksin istehsal olunur. Həmin vaksinlər satılmalıdır. Başqa sözlə, burada həm də böyük biznes maraqları var”.

Bu sözləri Reyting.az-a Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, tibb elmləri doktoru, professor Yaqub Məmmədov COVİD-19 infeksiyası və mümkün təhlükələr haqqında danışarkən deyib.

Yaqub Məmmədov xatırladıb ki, koronavirus pandemiyası meydana çıxanda bu işdə böyük şirkət və korporasiyaların maraqları olduğunu deyib: “Əlbəttə, böyük dövlətlərin və şirkətlərin həm də böyük iqtisadi-siyasi maraqları var. Diqqət edin, biri başa çatmadan digər mutasiyadan bəhs olunur, o bitmədən üçüncü dalğa haqqında fikirləri eşidirik. Görünən odur ki, bu proses uzanacaq”.

Tibb professorunun fikrincə, bu gün real vəziyyət belədir ki, koronavirusun peyvənddən savayı spesfik müalicəsi yoxdur: “Ona görə də, vaksinasiyanı etdirmək lazımdır. Başqa müalicə yolu yoxdur. Simptomatik müalicənin nə effekti ola bilər? Ağrıyırsansa, ağrıkəsiçi, öskürürsənsə, sirop içməklə tam müalicə olunmursan”.

Professorun ehtimalına görə, zaman keçdikcə koronavirus tədricən yox olacaq: “Koronavirus yeni başlayanda böyük gərginlik, psixoloji əsəbilik yarandı, aləm qarışdı. Məncə, bu gərginlik də tədricən səngiyir”.

Maska taxmaq və sosial məsafə saxlamaqla bağlı dünyada iki yanaşmanın olduğuna diqqət çəkən Y. Məmmədov hesab edir ki, insanlar maskadan istifadə etməli, sosial məsafəni qorumalıdır. Onun fikrincə, hər bir şəxs həm də özünün həkimi olmalı, infeksiyadan qorunmalıdır: “Maskadan istifadə etməliyik. Bu sahəyə baxan mütəxəssislər də deyirlər ki, sosial məsafə, maska məsələsinə ciddi yanaşılmalıdır. Bunun heç bir ziyanı yoxdur. Qorunma vasitələrindən insanlarımızın istifadəsini tövsiyə edirəm”.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ