Rəşid Behbudovun kürəkəni "Space" TV-nin rəhbəri vəzifəsini icra edir - YENİLƏNİB
Kamil Şahverdiyev “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.
Lunar.az xəbər verir ki, K. Şahverdiyev apa-ya açıqlamasında televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunduğunu bildirib.
***
Space TV-yə yeni rəhbər təyin olunub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.
Qeyd edək ki, K. Şahverdiyev uzun illərdir, “Space” TV-də çalışır.
Xatırladaq ki, K.Şahverdiyev Space” TV-nin İcraçı direktoru olub. O, görkəmli sənətkar Rəşid Behbudovun kürəkəni və Rəşid Behbudov Fondunun diektorudur.
Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.