Bulvarda intihara cəhd - Özünü dənizə atan şəxs xilas edildi
Bulvarda özünü dənizə atan şəxs xilas edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məəlumat yayıb.
Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.