Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu seriallar cəzalandırıldı

Bu seriallar cəzalandırıldı


Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK bir neçə serialı cərimələyib.
Lunar.az
türk mediasına istinadən xəbər verir ki, baş rollarında Kerem Bürsin və Hande Erçelin çəkildiyi “Sen çal kapımı” serialındakı vanna otağında olan səhnə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə səhnə erotik hesab edildiyindən və “türk ailəsi adətlərinə qarşı” olduğundan ekran işinə cərimə yazılıb.

"Baraj" serialında isə gender bərabərliyinin pozulduğu və qadınlara qarşı şiddət təbliğ edildiyindən ekran əsərinə pul cəzası kəsilib.

Cəza alan ekran işləri arasında "Kırmızı oda", "Sefirin kızı", "Çukur", "Arıza" da var. "Kırmızı oda"da gənc qıza qarşı fiziki və psixoloji zorakılığın tətbiq edildiyi bildirilib. Buna isə bir çox orqanların məhəl qoymadığı göstərilib. Məhz elə buna görə də serialın yayımlandığı kanala cərimə tətbiq olunmasına qərar verilib.


"Sefirin kızı"nda qadına şiddət təbliğ edilib. "Çukur"da isə şiddət səhnələri və söyüşlərə yer verilib. "Arıza"da Türkiyə türkçəsinin kobud, uşaqların fiziki, əqli və mənəvi inkişafına zərər verə biləcək səhnələr göstərilib.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ