Qeyd edək ki, "Fenty" geyim çeşidlərinin son yeniləməsi 2020-ci ilin noyabrında olub. Markanın instaqram səhifəsi isə yanvar ayından etibarən aktiv deyil. Yaxın bir neçə həftə ərzində brendin saytının bağlanacağı ehtimal edilir.
Rihannanın "Savage x Fenty" alt paltarları geyim markası isə fəaliyyətini davam etdirəcək.