Böyük Britaniyalı alimlərin apardığı araşdırmalardan sonra Covid-19-un yaranmasının əsl səbəbinin qlobal istiləşmə olduğu ortaya çıxıb.
Son illərdə baş verən iqlim dəyişikliyi nəticəsində yarasalar çoxalaraq daha sürətlə yayılmağa başlayıb ki, bu da koronavirusun meydana gəlməsinə səbəb olub.
Qlobal istiləşmə nəticəsində virusun meydana gəldiyi Çinin Uhan şəhərində yarasaların yaşayışı üçün əlverişli bitki örtüyü meydana gəlib. Hazırda həmin şəhərdə yarasanın 100 növü aşkarlanıb, bunun 40-ı son illərdə meydana gəlib. Bu səbəblə də SARS-CoV-2 virusu məhs Uhandan bütün dünyaya yayılıb.
Alimlər iqlim dəyişikliyinin yoluxmanı artırdığına diqqət çəkərək, dünya ölkələrini qlobal istiləşmənin qarşısını alınmaq üçün vacib qərarlar qəbul etməyə səsləyib.
Dünyadakı bütün yarasaların 3 mindən çox virus növü daşıdığı bildirilir.(axşam.az)