2005-ci ildə həyat yollarını ayıran Cennifer Eniston və Bred Pittin yenidən bir araya gələcəyi deyilir.
Lunar.az xarici KİV-ə istinadən xəbər verir ki, Pittin anası Ceyn oğluna yenidən Enistonla evlənməsi üçün təkid edir.
Amerika mətbuatında yayılan xəbərlərə görə, Bredin anası ikinci gəlini Ancelinaya nifrət edib və onun oğlunun arvadı olduğunu heç vaxt qəbullanmayıb. Lakin birinci gəlini Cenniferə qarşı hər zaman hörmət və simpatiya bəsləyib.
Buna görə də Ceyn oğlunun yenidən Enistonla evlənməsini istəyir.
Xatırladaq ki, boşandıqları üçün uzun illər küsülü qalan cütlük ilk dəfə ötən il təşkil edilən SAG mükafatları mərasiminin kulisində bir arada görünüblər.