Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan ABŞ-da “xain” plakatı ilə qarşılanıb.
Lunar.az Publika.az-a istinadən xəbər verir ki, onun Los-Anceles hava limanında necə qarşılandığına dair sosial şəbəkələrdə video yayılıb.
Akopyanın ofisi onun səfərini şərh etməyib. “Sputnik Ermənistan” onun doğum günündə ABŞ-a səfərinin səbəblərini öyrənmək üçün köməkçiləri Ester Saakyan və Alina Karapetyan ilə əlaqə saxlamağa çalışıb. Amma onlar zənglərə cavab verməyib.
ABŞ-da aktiv fəaliyyəti olan Daşnaksütyun Partiyası səfərlə bağlı açıqlama yayıb. Bildirilib ki, Akopyan hava limanında qəzəbli ermənilər və ərini xəyanətdə günahlandıran plakatlarla qarşılanıb.
“Ali xainin arvadı” – onu belə plakatla qarşılayıblar. Başını aşağı salıb, qızarmış vəziyyətdə yola düşüb. Bilməlidirlər ki, hara getsələr də oxşar yazıları olan plakatlı insanlar onları gözləyəcək”, - Ermənistandakı erməni diasporunun nümayəndəsi Robert Marqaryan belə deyib.
Qeyd edək ki, bundan əvvəl “Telegram” kanallarında Akopyanın başını aşağı salmış vəziyyətdə ortancıl qızı ilə birgə mühafizəçilərin müşayiəti altında hava limanından çıxdığını göstərən video yayılmışdı.
Bundan əvvəl Akopyanın Moskvaya “xüsusi” səfəri olmuşdu.