Türkiyə vətəndaşı Emrullah Kaya koronavirusdan qorunmaq üçün şəhər həyatından uzaqda kəndlərin birində inşa etdirdiyi qalasında yaşayır. Lunar.az türk mediasına istinadən bildirir ki, 51 yaşlı Kayanın 800 kvadratmetr ərazidə inşa edilən evi 7 ilə ərsəyə gəlib.
Onun tikintisinə 3 milyon lirə (693 min manat) vəsait sərf olunub. Ev hündür və geniş olduğuna, eyni zamanda daşdan tikildiyinə görə qala adlandırılır.
Villanı 5 milyon lirəyə (1 milyon 153 min manata) almaq istəsələr də Emrullah onu satmayıb. Ev yerdən 35 metr yüksəklidə yerləşir.