Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Tanınmış futbolçu QƏTLƏ YETİRİLDİ

Tanınmış futbolçu QƏTLƏ YETİRİLDİ

Rusiyanın "İrtış" klubunun sabiq futbolçusu Yeqor Drobış qətlə yetirilib.

Lunar.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ürək nahiyyəsindən bıçaqlanaraq öldürülüb.

Hadisə Omsk şəhərində baş verib. İddiaya görə, gecə saatlarında dostu ilə sərxoş halda marketdən qayıdan oyunçuya naməlum şəxslər hücum ediblər. Nəticədə Drobış hadisə yerində dünyasını dəyişib. Dostu isə reanimasiyaya yerləşdirilib.

Polis cinayətkarları axtarır.

Qeyd edək ki, Yeqor Drobış "İrtış"ın gənclər komandasının aparıcı futbolçularından olub./"Report"








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ