Əsirlikdən qayıdan qazi yaşadığı dəhşətdən DANIŞDI: "Kəlbətinlə ətimi qopartdılar"
"Erməni əsirliyində olanda ayağımı amputasiya etdilər. Həmin vaxtı mən Yerevanda idim. Reanimasiyada ac-susuz qalırdım. Oradan da həbsxanaya göndərdilər. Mənə işgəncələr verirdilər. Bir ayağımı amputasiya edəndən sonra digər ayağıma iynə ilə spirt vururdular. Həmçinin əlimin üzərindəki əti "kəlbətinlə" qoparmışdılar" .
Bu sözləri 35 gün erməni əsirliyində olarkən, ağır işgəncələrə məruz qalan hərbçimiz Mobil Əhmədzadə Sonxeber.az-a videomüsahibəsi zamanı deyib.