Reytinqli layihələrdən olan “Doğduğun Ev Kaderindir” serialına yeni aktrisa daxil olub.
Lunar.az Türkiyə KİV-nə istinadən bildirir ki, bu dəfə layihədə məşhur aktrisa Ebru Cündübeyoğlu rol alacaq. O, ekran əsərində Özlem obrazına həyat verəcək.
Bir müddət əvvəl isə seriala aktyor Hakan Salınmış daxil olub.
Qeyd edək ki, ekran işinin baş rollarında Demet Özdemir və İbrahim Çelikkol kimi aktyorlar çəkiliblər.