Lunar.az Milli.Az-a istinadla bildirir ki, Türkiyədə burun əməliyyatı etdirən 24 yaşlı qız əməliyyat zamanı komaya düşüb.
Parisdə yaşayan Manolya Oktay adlı qız burun əməliyyatı üçün Türkiyəyə gedib. Əməliyyat zamanı qızın ürəyi dayanıb, beyninə oksigen getmədiyinə görə komaya düşüb.
40 gün komada qalan qızın həyatını xilas etmək mümkün olmayıb.
Ailəsinin mətbuata verdiyi açıqlamada bildirilir ki, xəstəxana qızlarının meyitini pulla satıb.
Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.