Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ

Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ

"Ölkəmizin şimal bölgəsində pilot layihə kimi icbari tibbi sığortanın icrasına başladıq və hazırda 23 rayonda tibbi sığorta tətbiqi davam etdirilir. Türkiyənin tibbi sığorta sahəsi ilə sıx əməkdaşlıq və məlumat mübadiləsi etdik. Yola belə başladıq”.

Lunar.az xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı "Anadolu" agentliyinə Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB tərəfindən tətbiq ediləcək tibbi sığorta sistemi barədə danışarkən bildirib.


O qeyd edib ki, icbari tibbi sığorta sistemini tətbiq etmək üçün ölkədəki təxminən 3500 xəstəxana TƏBİB-in tabeliyinə verilib. Xəstəxanaların bu sistemin tələblərinə uyğun olması üçün islahatlara başlanılıb.


R. Bayramlı vurğulayıb ki, əslində icbari tibbi sığorta 2020-ci ildə tətbiq olunmalı idi, ancaq epidemiya onu təxirə saldı:


"Epidemiyanın yaratdığı problemlərin əksəriyyətini geridə buraxdıq və epidemiya ilə mübarizə təcrübəsi qazandıq.

Buna görə də növbəti dövrdə heç bir gecikmə yoxdur. 1 yanvar 2021-ci il tarixindən etibarən tibbi sığorta sistemi Bakı xaric bütün ölkədə tətbiq ediləcək.

2021-ci il aprelin 1-dən isə bu layihə Bakı və ətraf qəsəbələrdə həyata keçiriləcək. Bununla da, bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq”.


R. Bayramlı bildirib ki, tibbi sığorta mövcud tibbi xidmətlərin əksəriyyətini əhatə edəcək: "Vətəndaşlarımız ölkənin bütün bölgələrində tibbi xidmətlər ala biləcəklər. Tibbi xidmət onlar üçün əlçatan və tamamilə pulsuz olacaq”./"Qafqazinfo”



loading...




loading...

İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
loading...
  • ÇOK OXUNAN
  • YENİ