Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Efirdə növbəti qalmaqal –Kişi xəyanət edən arvadını bağışladı

Efirdə növbəti qalmaqal –Kişi xəyanət edən arvadını bağışladı

19 yanvar 2021
Efirdə növbəti qalmaqal –Kişi xəyanət edən arvadını bağışladı

Şəki şəhər sakini Ramin Yusifov ona xəyanət edən 3 övladının anasını bağışladığını bildirib.

Lunar.az xəbər verir ki, "Space" kanalında yayımlanan “Gəl dərdini danış” verilişində Ramin Zeynalovun bu etirafı birmənalı qarşılanmayıb.

O, işləmək üçün 5-6 aylığına Moskva şəhərinə gedib. Bu zaman atası və bacısı ondan vətənə qayıtmağını, ailəsində problemlər olduğunu bildirib. Şəki şəhərinə qayıdan Ramin daha sonra ailəsini bağışladığını, Mingəçevirdə yataxanadan ev aldıqdan sonra yenidən işləmək üçün Moskvaya qayıdıb. 3 ay orada qaldıqdan sonra həyat yoldaşı ona zəng edərək ayrılacağını və burada onun evi olmadığını deyib.

On ildir uşaqları ilə görüşməyən Ramin Yusifov həyat yoldaşı ilə görüşmək istəyir.

Qeyd edək ki, veriliş iştirakçıları cəmiyyətdə bu kimi halların artmasında sosial şəbəkələri günahlandırıb.


Mənbə: Lent.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ