Məktəbin tualetinə kamera yerləşdirən müəllim həbs edildi - FOTO
Pedofil olduğu aşkarlanan 24 yaşlı müəllim saxlanılıb.
Dailymail xəbər verir ki, İngiltərənin Hempşir qraflığındakı məktəblərin birində müəllimlik edən 24 yaşlı Jack Dunn-ın məhkəməsi keçirilib. O, hakim qarşısında səhvini boynuna alıb.
O, məhkəmədə bildirib ki, tualetə yerləşdirdiyi gizli kamerayla bir neçə həftə ərzində şagirdlərinin 7 videosunu çəkib.
Şagirdlərdən birinin telefonu kafellərin arasında görüb, müdirə şikayət etməsi nəticəsində məsələnin üstü açılıb.