Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Metroda gediş haqqı 40 qəpik olur? - RƏSMİ AÇIQLAMA

Metroda gediş haqqı 40 qəpik olur? - RƏSMİ AÇIQLAMA

Yanvarın 4-dən Azərbaycanda Aİ-92 və dizelin qiyməti qaldırıldıqdan sonra bahalaşma ilə bağlı iddialar səngimək bilmir. Son iki gündə sosial şəbəkələrdə metroda gediş haqqının 40 qəpiyə qaldırılması ilə bağlı fikirlər səsləndirilir. Azərbaycanda yanvarın 31-dən metroda gediş haqqı 40 qəpik olacaq?

Lunar.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələ belə bir rəsmi qərar yoxdur:

"Ümumiyyətlə, metroda gediş haqqının qaldırılması ilə bağlı bir neçə dəfə xəbərlər yayılıb. Məndə ümumiyyətlə bu barədə məlumat yoxdur. Əgər belə bir qərar olsaydı, bundan məlumatım olardı".









Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ