Tehran və Ankara İran qazının TANAP vastisəilə nəqli məsələsini müzakirə edəcək.
Bu məsələ Türkiyə Baş naziri Əhməd Davudoğlunun İrana səfəri zamanı müzakirə ediləcək.
Türkiyə mediasının məlumatına görə, Ə.Davudoğlunun İrana səfəri bu gün baş tutacaq: "Tərəflər, həmçinin bir sıra ikitərəfli enerji və regional məsələləri müzakirə edəcəklər".
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.