Çində baş verən qeyri-adi hadisə görənləri təəccübləndirib.Tamami ilə təbii şəraitdə yetişdirilən armud ağacı uşaq formalı meyvə verib. Bundan əvvəl qoyun şəklində pamidorla və ya başqa qəribə formalı meyvə-tərəvəzlər də dünya mediası tərəfindən maraqla qarşılanıb.Ancaq bu armudlar daha fərqlidir. “Fruitmold” adlı firmanın işçiləri meyvələr üçün xüsusi qəliblər istehsal edir və meyvələr tam yetişmədən əvvəl onları bu qəliblərə yerləşdirirlər.Təbii yolla edilən bu proses qarpız və xiyarlar üçün də tətbiq olunub.Bu zaman meyvə və tərəvəzlər normal şəkildə deyil, qəlib formasında inkişaf edir.Bu proses nəticəsində Buddaya bənzər qəribə formalı armudlar meydana gəlib.