Xəyanət iki nəfərin ölümünə səbəb oldu - Evə tez gələn ər arvadını yad kişiylə tutdu... - VİDEO - FOTO
Lunar.az Milli.Az-a istinadla bildirir ki, ərinə xəyanət edən qadın tutulduqda sevgilisiylə birlikdə eyvandan özünü atıb. Olay Türkiyənin İstanbul şəhərində yaşanıb.
Əri evdə yoxkən sevgilisini evə çağıran qadın ərinə yaxalandıqda məşuqu ilə birlikdə eyvandan tullanıb. Onlar hadisə yerindəcə keçiniblər.
Hadisə şahidlərinin dediyinə görə, qadının əri həm xəyanətdən, həm onların intiharından şok keçirib.
Ötən gün qadının əri Hüseyin Kurtun məhkəməsi keçirilib. Onun bəraət alması istənilib.