Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Karantin rejimi yumşaldılacaq?

Karantin rejimi yumşaldılacaq? - AÇIQLAMA



Ötən ay ölkədə gün ərzində 5000-ə yaxın yoluxma qeydə alınırdı. İndi isə həm yoluxma kəskin azalıb, həm də ölüm halları aşağı düşüb. Millət vəkilləri hesab edirlər ki, yoluxma azaldığı üçün sərtləşdirilmiş karantin rejmi yumşaldıla bilər. Məlahət İbrahimqızı bildirib ki, yaxın dövrdə virus əleyhinə kütləvi peyvəndləmənin həyata keçiriləcəyini nəzərə alsaq məhdudiyyətlərin aradan qaldırılacağı ehtimalları yüksəlir.

Lunar.az xezerxeber.az-a istinadən bildirir ki, dekabr ayında ölkəmizdə koronavirusa yoluxanların sayı pik həddə çatmışdı. İndi isə həm yoluxma, həm də ölüm sayında ciddi azalmalar müşahidə edilir. Millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, ötən ay gündəlik 5000-ə yaxın olan yoluxmanın təxminən 9-10 dəfə azalaraq 3 rəqəmli saya düşməsi sərtləşdirilmiş karantin rejminin 18 yanvar tarixindən yumşaldıla biləcəyindən xəbər verir.

Millət vəkili deyir ki, ölkəmizdə koronavirusa qarşı peyvəndləmə yaxın vaxtlarda start götürəcək. Çünki Çindən alınmış peyvənd materialları artıq gətirilib. Vaksinasiya prosesinə ilk növbədə əhalinin həssas qrupundan başlanacaq.

Millət vəkili hesab edir ki, kütləvi peyvəndləmədən sonra yaxın aylar ərzində ölkədə həyat normala dönə bilər








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ