Bəzi saytların itkin kimi qələmə verdiyi zabitimiz Baş leytenant Abdullazadə Həsənağa Şakir oğlu sağdı erməni əsirliyindədir hal hazırda. Bu haqda zabitimizin valideyinləri xəbər verir. Onlarda olan dəqiq məlumata əsasən Baş leytenant Abdullazadə Həsənağa Şakir oğlu Aldığı güllə yarasından hər kəs onu öldü bilib . Amma mənfur düşmənlər həlak olmuş əskərlərimizin cəsədlərinin arasında onun nəfəs aldığını sağ olduğunu görüblər. Qeyd edək ki Abdullazadə Həsənağa Şakir oğlunun sağ olması barədə bütün lazımi orqanlara valideyinləri tərəfindən dəfələrlə müraciət olunub. Dəlil və sübutlar təqdim edilib Baş prokurorluğa , Müdafiə nazirliyinə , Beynəlxalq qırmızı xaç komitəsinə , müraciətlər edilib . Qeyd edək ki, Abdullazadə Həsənağa Lənkəran şəhərindəndir. Evin tək övladı olan 28 yaşlı zabitimiz 2019-cu ildə ailə həyatı qurub. O, Vətən müharibəsinə Göygöldə yerləşən N saylı hərbi hissənin Qərargah rəisinin müavini kimi qatılıb. Bundan başqa, baş leytenant Abdullazadə Murov uğrunda gedən döyüşlərdə də iştirak edib. amma çox təəsüf ki hələ də zabitimizə laqeyid münasibət göstərilir.