Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
ÜST-dən kritik açıqlama: "Xəritənin rəngini dəyişdirməliyik"

ÜST-dən kritik açıqlama: "Xəritənin rəngini dəyişdirməliyik"

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus Cenevre mərkəzində keçirilən onlayn konfransda bildirib ki, aşağı və orta gəlirli ölkələrin peyvəndlənməsi ilə bağlı problemləri var.

Lunar.az xəbər verir ki, ÜST rəsmisi 36-sı yüksək, 42 isə orta gəlirli ölkədə artıq peyvəndlənmə işlərinə dair hazırlıqların başladığını bildirib:

"Bu həll edilməsi vacib bir problemdir. Zəngin və orta gəlirli ölkələr ÜST tərəfindən koordinasiya olunan Covid-19 Peyvəndləri Qlobal Giriş Proqramı (COVAX) çərçivəsində peyvənd şirkətləri ilə əlavə ikitərəfli razılaşmalar aparır. Peyvəndin qiymətinin artmasına səbəb olur ki, bu da yüksək riskli insanların peyvənd ala bilməməsi deməkdir".

Toplantıda danışan ÜST baş məsləhətçisi Bryus Eylourd da vaksinasiya işlərinin dünyanın əksər hissəsində başlamadığına diqqət çəkib:

"Bu gün dünyada yüksək gəlirli ölkələrin 50 faizi peyvəndlənmə işlərinə başlayıb. Aşağı gəlirli ölkələrdə isə bu rəqəm sıfırdır. Qeyri-bərabərlik var. Orta gəlirli ölkələrin 6 faizi peyvənd olunur. Xəritənin rəngini dəyişdirməliyik".


Milli.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ