SON DƏQİQƏ: Bu gün Zəngəzur Azərbaycana qaytarılacaq - TÜRKİYƏ MEDİASI
Bu gün Moskvada Rusiya Prezidenti Valdimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüş ərəfəsində düşmən ölkədə ciddi qorxu və təşviş yaşanır.
Lunar.az xəbər verir ki, bununla bağlı "Milliyət" qəzetində geniş məqalə dərc edilib. Məqalədə qeyd edilib ki, Ermənistan Ədliyyə Nazirliyinə göndərildiyi iddia edilən sənədlər aşağıdakı məqamları əhatə edir:
- Ermənistanı Azərbaycan və Naxçıvanla birləşdirən dəhlizin açılması.
- Bəzi ərazilərin Azərbaycana verilməsi.
- Erməni qoşunlarının Dağlıq Qarabağdan tamamilə çıxarılması.
Ermənistanın sabiq ədliyyə naziri Ruben Məlikyan Moskvada Ermənistan üçün yeni bir "alçaldıcı" razılaşmanın planlaşdırıldığı xəbərlərinin doğru olmadığını bildirib.
Ermənistan mətbuatında yer alan xəbərdə Tovuzdan Sünikə (Zəngəzur) qədər bir çox kəndlərin Azərbaycana qaytarılması deyilir.//redaktor.az/