Xalq artistinin yoxluğuna dözməyən qardaşı DÜNYASINI DƏYİŞDİ - FOTO
Xalq artisti, sevilən aktrisa Səfurə İbrahimovanın qardaşı Zahid İbrahimov dünyasını dəyişib.
Bu haqda moderator.az-a aktrisanın qardaşı qızı Könül İbrahimova məlumat verib.
"Atam mənimlə yaşayırdı, uzun illərdir ki, xəstə idi. Bibim xəstələnib yatağa düşəndə atamı da gətirib, onun yanında yerləşdirdim. Çünki hər ikisinə mən baxırdım. Atam bibimin xəstəliyi və daha sonra da ölümü ilə barışa bilmirdi. Onu hədsiz çox istəyirdi, mən bilirdim ki, atam ondan sonra çox yaşamayacaq. Bibimi itirəndə gözləri doldu, xəstəliyi yadından çıxdı. Gəlib onun çarpayısının yanında oturub saatlarla ağlayırdı. Atamı da bibimin yanında dəfn etdik" - deyə bildirib.
Qeyd edək ki, teatr və kino incimiz Səfurə İbrahimova dekabr ayının 22-də dünyasını dəyişib.