İki şəhərin sakinlərindən yeddi gün evdən çıxmamaları istənildi - GECƏ
Çinin Hebey əyalətinin Şitszyaçjuan və Sintay şəhərlərinin hökumət nümayəndələri xəstəliyin yayılmasının qarşısını almaq üçün insanlardan bir həftə müddətinə yaşadıqları ərazini zəruri hal olmadan tərk etməmək, evdə qalmaq və toplaşmamağı xahiş edib.
Bu barədə “Zvezda” xəbər yayıb.
Bildirilir ki, həmçinin bütün şəhər əhalisi COVID-19 üçün testdən keçirilib.
Xatırladaq ki, Çinin Şitszyaçjuan şəhərində koronavirusa 120 yeni yoluxmanın qeydə alınmasından sonra ümumi karantin və hərbi vəziyyət tətbiq edilib. Bu, ölkədə son beş ayda ən yüksək yoluxma hesab olunub. Şəhərdə məktəblər bağlanıb, poçt çatdırılmaları dayandırılıb.
Yoluxmanın artımının “Britaniya ştammı” ilə əlaqəli olduğu bildirilir.//Oxu.az