Tövlə Azərbaycan və Ermənistan arasında bölündü: Sərhəd oldu - FOTOLAR
Zəngəzur bölgəsinin Şurnuxu kəndində Ermənistan vətəndaşına məxsus mal-qara saxlanılan tövlə iki ölkə sərhəddinin tən ortasında yerləşdiyi üçün yarı bölünüb.
Lunar.az xəbər verir ki, bu barədə Ermənistanın ombudsmanı Arman Tatoyan bildirib.
Onun sözlərinə görə, sərhəd “Google” xəritə proqramına əsasən dəqiqləşdirilib. Nəticədə, evi Ermənistan tərəfdə qalan Styopa Movsisyan ad-soyadlı çobanın tövləsi sərhəddə yerləşdiyi üçün iki yerə ayrılıb, tövlənin yarısı Azərbaycan tərəfinə keçib.
Qeyd edək ki, Ermənistan və Azərbaycan arasındakı son sərhəd dəqiqləşdirilmələrinə əsasən, Zəngəzur bölgəsinin Şurnuxu kəndindəki 12 ev Azərbaycan ərazisinə düşüb. Həmin ərazidə yaşayan ermənilər Azərbaycan ərazisini tərk ediblər.