"Ermənistan Azərbaycanı hiddətləndirsə, bunun cavabını..." - Politoloq
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən Müharibəsinin gedişində söylədiyi "Mən nəyi, nə vaxt və nə cür etməyi yaxşı bilirəm" tezisi müharbənin sonunda Azərbaycanın formalaşdırdığı reallıqla üst-üstə düşdü".
Bunu Milli.Az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, cənab Preizdent Ermənistana nəticə çıxarması və təxribatçı addımlar atmaması ilə bağlı mühüm mesaj verdi:
"Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarını azad etdi. Və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, hərbi yolla təmin ediləcəyini dəfələrlə rəsmi Bakıya bildirmişdi. Cənab Preizdentin 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə nitqi zamanı Ermənistan tərəfinə Azərbaycanın humanist siyasətindən nəticə çıxarması və təxribatçı addımlar atmaması ilə bağlı mühüm mesaj verdi. Çünki Ermənistanın XİN rəhbəri Ara Ayvazyan Azərbaycan ərazisinə - Xankəndinə gəlmişdi və burada marionet qurumun rəhbəri ilə görüşmüşdür. Əgər bu cür səfərlər təşkil olunacaqsa, rəsmi Bakı bunun cavabının Azərbaycan tərəfindən çox sərt, kəskin olacağıni bildirdi. Ermənistanın bunun cavabını çox ağır ödəyəcəyi və böyük problemlərlə üzləşəcəyi ilə bağlı artıq rəsmi münasibət bildirildi".
İ.Hüseynov deyib ki, Ermənistanın müdafiə qabiliyyəti demək olar ki, tamamilə sarsılıb:
"Qeyd etmək lazımdır ki, bu tipli səfərlər sülhə və təhlükəsizliyə təhdid yaradır. Prezidentin videomüşavirədə digər mesajı bundan ibarət oldu ki, Xankəndi Azərbaycanın ayrılmaz, tərkib hissəsidir, Xankəndi üzərində Azərbaycanın suverenliyi var, eyni zamanda Xankəndi də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsinə daxildir. Bu konteksdə Ermənistan tərəfi istənilən təxribatçı hərəkətlərə yol verərsə, bunun nəticəsi Ermənistan üçün çox pis olacaq. 44 günlük müharibə ərzində Ermənistanın müdafiə qabiliyyəti demək olar ki, tamamilə sarsılıb, ordu potensialının 80-90%-i sıradan çıxıb və hazırda Ermənistanda baş verən proseslərə nəzər salanda görürük ki, artıq erməni əsgər anaları öz övladlarını Ermənistanın müdafiəsi üçün göndərmirlər. Belə olan təqdirdə təbii ki, Azərbaycan tərəfinin hiddətinə səbəb olacaq təxribatçı hərəkətlərə yol vermək Ermənistan üçün çox faciəvi şəkildə başa çata bilər".