Oğlunun telefonunu yoxlayan ana dəhşətə gəldi - Qadın müəllimi əxlaqsız imiş - FOTO
ABŞ-da daha bir qadın müəllim əxlaqsızlığa görə saxlanılıb.
Lunar.az Milli.Az-a istinadla bildirir ki, 25 yaşlı Alexandria Allen adlı qadın müəllim 8-ci sinif şagirdi ilə intim münasibətdə olduğuna görə tutulub.
Şagirdin anasının oğlunun telefonunu yoxlaması nəticəsində olayın üstü açılıb. Belə ki, oğlunun telefonuna baxan ana müəllimi ilə oğlunun intim şəkil və videolarını görüb.
Valideynin məsələ ilə bağlı polisə müraciətindən sonra A.Allen saxlanılıb.
Şagird ifadəsində bildirib ki, müəllimi ilə iki ay ərzində bir neçə dəfə intim münasibət yaşayıblar.
Allen fevral ayında yenidən hakim qarşısına çıxarılacaq.
Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.