Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
35 gün əsirlikdə qalan Mobil: "Spirti iynə ilə bədənimə vururdular"

35 gün əsirlikdə qalan Mobil: "Spirti iynə ilə bədənimə vururdular"

35 gün əsirlikdə qalan leytenant Mobil Əhmədzadə "Bizimləsən" proqramında qonaq olub.
Lunar.az xəbər verir ki, bir ayağı amputasiya olunan Mobil 5 gün yaralı halda meşədə qalmasından danışıb:

"Noyabrın 8-də səhər döyüşə girdik. Mərmi açıldı, qarşımızda partladı. Yaralandım, ayağım xəsarət aldı. Bir dəqiqədən sonra eşitməyə başladım. Gördüm qışqırırlar ki, komandir, yanırsan. Baxdım ki, telefonum cibimdə alışıb. Dartıb atdım yerə. gedib bir evin hasarına söykəndim. Elə bildim şəhid oldum. Sonra ayıldım, gördüm ölməmişəm. Şuşa Xankəndi yoluna çıxdıq. Yoldaşlarım döyüş yerinə qayıtdı, tək qaldım. Beş gün orada qaldım, hər gün özümdən gedirdim, sonra ayılırdım.

Beş gün sonra ayıldım ki, köhnə təcili yardım maşınının içindəyəm. Başımın üstündə kimsə oturmuşdu, su istədim, məni vurdum. Hiss etdim ki, əsir düşmüşəm, özümdən getdim. Tez-tez maşın dayanır, nəzarətçi dəyişirdi. O biri nəzarətçi su verdi. Sonra gördüm kimsə məni vura-vura ayıldır. Artıq xəstəxanada idim. Ayağım amputasiya edilmişdi. Narkozdan ayılan kimi sağımdakı həkim əlində kəlpətin işgəncə verdi. Orada həkimlər də işgəncə verirdi. Yarama spirt vurur, onu iynə ilə bədənimə yeridirdilər, üzümə reyzinlə vurur, yandıranla saçımı, üzümü yandırırdılar. Dörd gün ac-susuz reanimasiyada qaldıqdan sonra həbsxanaya gətirdilər. 31 gün orada qaldım, eyni işgəncələr verilirdi.

Qırmızı Xaçın nümayəndələri gəlmişdi, məni aparıb gizlətdilər. Mənlə birlikdə başqa azərbaycanlılar var idi, danışa bilmirdik, icazə verilmirdi. Üç gün sonra yenidən gəldilər, məni görüb təəccübləndilər. Harda idin deyə soruşanda, dedim, yəqin müalicəyə aparıblar. Ailəmə məktub yazdım. Bu qədər tez əsirlikdən azad olacağıma inanmırdım".




Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ