Karantin rejimi bu tarixdə ləğv edilə bilər - AÇIQLAMA
Son bir neçə gündə Azərbaycanda koronavirusa yoluxanların sayı 4000-dən 800-ə düşüb. Qeyd edək ki, yanvarın ikinci yarısından artıq ölkədə vaksinasiyanın başlaması gözlənilir. Məhz buna görə də mart ayının ikinci yarısına kimi ölkədə bu virusa yoluxanların sayının minumuma düşməsi və karantin rejiminin ləğv edilməsi gözlənilir.
Lunar.az BiG.AZ-a istinadən xəbər verir ki, bununla bağlı Sonxeber.az- danışan deputat Ramil Həsən bildirib ki, Mart ayından dövlət tərəfindən pandemiya ilə bağlı geniş formada addımlar atılmağa başlanılıb. Bu istiqaamətdə atılan bütün addımların məqsədi insanlarımızın sağlamlığının qorunmasına istiqamətlənib. 44 günlük Vətən müharibəsində qazandığımız uğurlar tariximizə qızıl həriflərlə yazıldı.
Əminəm ki, bu gözə görünməyən düşmənin öhtəsindən birlikdə gələcəyik. Görürsünüz ki, gündəlik yoluxanların sayı 4000-dən 800-ə qədər düşüb. Ona görə də biz insanlarımız dövlət tərəfindən qoyulan qaydalara əməl edərsə və məsuliyyətli davranarsa, əlbəttə ki, biz tezliklə bu bəladan qurtula bilərik. Yaxın günlərdə ölkəmizə vaksinin də gəlməsini gözləyirik.
Vaksinasiyanın başlaması və görülən tədbirlərin müsbət nəticələrinin davam etməsi yumşalmalara keçidi başlada bilər. Əlbəttə bütün bunlar təkcə dövlətdən asılı deyil. Bu məsələdə vətəndaşlarımız da məsuliyyətli olmalıdır. Cənab prezidentimiz tarixi lider və sərkərdə olaraq torpaqlarımızın azad edilməsi istiqmətində hansı addımları atıbsa, vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində də lazım olan tədbirləri görür. Fevral və mart ayında da bu müsbət nəticələri görmək üçün hər birimizin məsuliyyətli olmağımız vacibdir. Düşünürəm ki, yoluxanların sayındakı bu azalma dinamikası davam edərsə, mart ayından normal həyatımıza qayıda bilərik".