Böyük Britaniya vətəndaşı Tomas Dop kanadalı müğənni Selin Dionun böyük pərəstişkarıdır.
Lunar.az xəbər verir ki, Milad bayramında sərxoş halda müğənninin konsertinə baxan Tomas adını və soyadını Selin Dion olaraq dəyişmək qərarına gəlib.
Bunun üçün onlayn müraciət edən 30 yaşlı kişiyə bir neçə gün sonra adının və soyadının rəsmi olaraq dəyişdirildiyi ilə bağlı məktub gəlib.
Hazırda Tomas iş yerində yeni adını hansı yolla açıqlayacağını bilmir. Bu səbəbdən, hətta insanların onu tanımadığı kəndə köçüb. Köhnə adına qayıtmaq istəməyən kişi bu addımından sonra polisə də çağırılacağından qorxur.
Onun 2020-ci ili yaxşı xatırlamaq üçün yeganə ümidi müğənni Selin Dionla tanış olmaqdır.