Arşavir Qaramyan: “Azərbaycan Zəngəzurun boğazındakı ipi çəkir”
“Azərbaycanın hərbi-siyasi rəhbərliyi Sünikin (Zəngəzur) boynundakı kəndiri çəkir”.
Reyting.az xəbər verir ki, bu sözləri Qarabağ separatçılarının “Milli qəhrəman” elan etdikləri quldur Arşavir Qaramyan deyib.
O, erməniləri qış yuxusundan təcili ayılmağa çağırıb. Əks təqdirdə hər şeyin gec olacağını bildirib.
Əlavə edib ki, İrəvanda müxalifət və hakimiyyət oyun oynayarkən Azərbaycan Silahlı Qüvvələri və hərbi-siyasi rəhbərliyi Sünikin boğazındakı ipi çəkir.
A. Qaramyan daha sonra deyib ki, Qarabağ artıq Ermənistan deyil.
Qeyd edək ki, Qaramyan Arşavir Surenoviç 22 iyul 1965-ci ildə Dağlıq Qarabağın Əsgəran rayonunda Aknaxbyur kəndində doğulub. O, 1991-1994-cü illərdə Azərbaycanın Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Füzuli rayonlarının işğalında iştirak edib.
1996-1997-ci illərdə Şuşada rayon administrasiyasına başçılıq edib, hərbi hissə komandiri olub. 2007-2013-cü illərdə Dağlıq Qarabağda “Polis rəisi”, 2007-2013-cü illərdə “baş prokuror” postunu tutub. 2014-cü il oktyabrın 29-da separatçı Dağlıq Qarabağ rejiminin “Milli Təhlükəsizlik Xidmətinin” direktoru təyin edilib. 2018-ci ilin iyunun 7-də Xankəndidə keçirilən etiraz aksiyalarından sonra general-leytenant Arşavir Qaramyan "təhlükəsizlik xidməti rəisi" vəzifəsindən azad edilib. Həmin ilin 15 iyununda Bako Saakyanın xüsusi məsələlər üzrə müşaviri təyin olunmuşdu.