Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bakıda xanımını qısqanan kişi onun işlədiyi aptekin sahibinin qulağını dişləyib

Bakıda xanımını qısqanan kişi onun işlədiyi aptekin sahibinin qulağını dişləyib

Bakının Nizami rayonunda kişi həyat yoldaşının işlədiyi aptekin sahibini döyüb.

APA xəbər verir ki, hadisə 8-ci kilometr bazarının yaxınlığında qeydə alınıb.

Əlif Hacıyev küçəsində yerləşən aptekin sahibi 1985-ci il təvəllüdlü Nəbiyev Əziz Abdulla oğlu işçisinin həyat yoldaşı ilə əlbəyaxa dava edib. 33 yaşlı Əzizov Sənur Saleh oğlu həyat yoldaşını qısqanaraq Ə.Nəbiyevə irad tutub. Onlar arasında əlbəyaxa dava zamanı S.Əzizov Ə.Nəbiyevin qulağını dişləyərək qoparıb. S.Əzizov isə başından bıçaq xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsində araşdırma aparılır.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ